Siyəzəndə ildırım partlayış törətdi
24 sentyabr 2012 10:01 (UTC +04:00)

Siyəzəndə ildırım partlayış törətdi

Sentyabrın 24-nə keçən gecə Siyəzəndə elektrik transformatorunu ildırım vurub. Lent.az-ın rayon sakinlərinə istinadən məlumatına görə, Beşbarmaq dağı yaxınlığındakı transformator ildırım vurması nəticəsində partlayıb və ətrafa böyük həcmdə yağ yayılıb. Partlayışdan sonra transformator və ətrafa axan yağ alovlanıb.

Sakinlərin bildirdiyinə görə, hadisə yerinə gəlmiş yanğınsöndürənlər saat 03 radələrindən başlayan yanğını səhər saatlarında söndürməyə müvəffəq olublar.

Hazırda rayon ərazisində elektrik təminatı dayandırılıb.
# 3108

Oxşar yazılar