Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
24 sentyabr 2012 11:28 (UTC +04:00)

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Sentyabrın 24-nə keçən gecə Maştağa-Zabrat şossesində öıümlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı sakini Saleh Muxtarov idarə etdiyi “QAZ-31” markalı avtomobillə piyada Faiq Hüseynovu vurub.

F.Hüseynov ciddi xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Etibar
# 909

Oxşar yazılar