Bakının ən böyük prospektində faciəvi qəza: ölən var
31 oktyabr 2012 11:04 (UTC +04:00)

Bakının ən böyük prospektində faciəvi qəza: ölən var

0
Oktyabrın 30-da Bakı şəhərinin Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti 96 ünvanının qarşısında 1955-ci il təvəllüdlü Məmmədov Valeri Əlimərdan oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə piyadanı vurub. Nəticədə Sabunçu rayon sakini 1958-ci il təvəllüdlü Quliyev Zakir Məhəmməd oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Fakt üzrə cinayət işi başlanılıb, avto-texniki ekspertiza təyin edilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2578

Oxşar yazılar