Şirvan şəhəri ilə Sabirabad rayonu arasında əlaqə kəsilib
Kür çayı Şirvanın Bayramlı qəsəbəsinin hər iki qoruyucu bəndini yararaq qəsəbəni basıb.
APA-nıın Mil-Muğan bürosunun xəbərinə görə, Bayramlı qəsəbəsi ərazisində yerləşən bəndin yarılması nəticəsində qəsəbənin böyük hissəsi su altındadır. Su axını böyük sürətlə Sabirabad istiqamətində “15 göz” adlanan dəmir yolu körpüsünün altına istiqamət alıb. Sabirabad - Salyan yolu təxminən 1,5 - 2 metr hündürlüyündə su altında qalıb. Sabirabad rayonunun bəzi kəndləri ilə rayon mərkəzini birləşdirən yeganə ana yol bağlanıb. Bu, Kür sahilində olan Minbaşı, Qarağac, Yaxa Dəlləy, Polad Toğayı, Azadkənd, Çağırğan, Xankeçən, Təzəkənd və Muğangəncəli kəndləridir. Həmin kəndlərə yalnız Salyan rayonu istiqamətindən giriş-çıxış var.
Son məlumata görə, Şirvan şəhəri ilə Sabirabad rayonunun əlaqəsi kəsilib. Kür Dövlət Yol Polisinin postu istiqamətində yolu yararaq Sabirabadın Qaragünə kəndinə tərəf istiqamət alıb.

Oxşar yazılar

Gəncədə ƏMƏLİYYAT: axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı
23 iyul 2025 , 20:07
Bakıda kişi pilləkəndən yıxılıb öldü
23 iyul 2025 , 19:33
Ucar yolunda iki "Mercedes" toqquşdu, 9 nəfər yaralandı - YENİLƏNİB
23 iyul 2025 , 19:31
Dənizdə daha bir nəfər batdı
23 iyul 2025 , 19:28
Gəncə sakini güllələndi
23 iyul 2025 , 19:05
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı
23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu
23 iyul 2025 , 17:35