Su basan 3 kənddə yüzlərlə mal-heyvan tələf olub
Mayın 12-ə olan məlumata görə, Sabirabad rayonunun su altında qalan yalnız üç kəndində 120 baş inək, 300 başa qədər də qoyun-keçi məhv olub.
Bu barədə Azadlıq Radiosuna Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xidmətin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, Sabirabad və Salyan rayonlarında ümumilikdə 15 mindən artıq toyuq-cücə tələf olub.
Hələlik su altında qalan kəndlərdə bir nəfərin ölməsi haqda məlumat təsdiqlənib.
Ölkə üzrə 49 min hektara yaxın əkin sahəsi su altında qalıb.
Mayın 7-də səhər saatlarında Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətdən bəndin dağılması nəticəsində Sabirabad rayonun bir neçə kəndi su altında qalıb. Sonrakı günlərdə də qoruyucu bəndlər bir neçə yerdən dağıldığından daha bir neçə kənd su altında qalıb.
Dağılan ilk qoruyucu bənd bağlansa da Sabirabadın Mürsəlli, Şıxlar, Ulacalı kəndləri istiqamətində dağılan bəndi hələ də bağlamaq mümkün olmayıb. Su rayonun Qaralar, Məmişlər kəndləri istiqamətində əkin sahələrinə axmaqdadır. Bundan başqa Saatlı rayonunun Araz çayı boyunca olan kəndlərinin də su altında qalmaq təhlükəsi var.
Hazırda ən gərgin vəziyyət Saatlı rayonu ilə İmişli arasındakı Sarısu gölü ətrafındadır. Rayonun Hacıqasımlı kəndi istiqamətindən dağılan bəndi bağlamaq mümkün olmadığından ətrafdakı 5-6 kənddə su basma təhlükəsi yaranıb. Kənd sakinlərindən aldığımız məlumata görə, əhali ötən gündən kəndləri tərk edib.

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23
İranla sərhəddə ƏMƏLİYYAT: atəş açıldı
22 iyul 2025 , 15:59
İrandan gələn kələmlərin içindən görün nələr çıxdı?
22 iyul 2025 , 15:39
Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB
22 iyul 2025 , 15:34