Bakıda silahlı qarşıdurma
Hadisə iştirakçılarından biri tutuldu
İyulun 1-də Bakıda atışma hadisəsi olub. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov hadisəni törədənlərin qısa vaxt ərzində tapıldığını bildirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib. Hadisəni 3 avtomobillə avto-xuliqanlıq edən şəxslər törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a detalları açıqlayıb və bildirib ki, hadisəni törədənlərdən biri artıq tutulub. Ehsan Zahidovun bildirdiyinə görə, hadisə zamanı 3 avtomobil – 2 “VAZ 2107” markalı və 1 “Mercedes” markalı avtomobil avto-xuliqanlıq edib. Bundan sonra avtomobillərdə olanlar odlu silahdan atəş açıblar. Hadisə yerinə gedən polis ərazidən 3 ədəd giliz tapıb.
Avtomobillərin hər üçünün dövlət seriya nömrələri və sahiblərinin şəxsiyyətləri dərhal müəyyənləşib. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şəxsiyyətləri müəyyənləşib. Onlardan biri “VAZ 2107” markalı maşınlardan birinin sürücüsü Bakı sakini, 1983-cü il təvəllüdlü Anar Dadaşov artıq tutulub.
“Mercedes” markalı avtomobil isə tərk edilmiş halda Sabunçu qəsəbəsindən tapılıb
.
Digər iki nəfərin də axtarışları davam etdirilir. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Vüqar Baba

Oxşar yazılar

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07