Ötən ay 4,372 partlamamış hərbi sursat zərərsizləşdirilib
2010-cu ilin iyun ayı ərzində 2.245.923 kvadrat metr ərazi yoxlanılıb, mina və patlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Məlumata görə, bu müddət ərzində 4.372 PHS və mina aşkar edilərək zərərsizləşdirilib, 21 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina tapılıb. Ümumilikdə təmizləmə əməliyyatına 426 mütəxəssis və 115 nəfər yardımçı heyət cəlb olunub. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
İndiyədək ümumiyyətlə ANAMA tərəfindən cəmi 135.426.941 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 618.077-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.
Qeyd etmək lazımdır ki, “Azneft” İstehsalat Birliyinin müraciətinə əsasən Agentlik tərəfindən Bakı şəhəri Lökbatan qəsəbəsində 18.146 kv.m, Bibiheybət qəsəbəsində isə 34.714 kv.m ərazinin təmizlənməsi əməliyatları başa çatıb. Əməliyyatlar ANAMA-nın Xüsusi Əməliyyat Qrupu tərəfindən beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq həyata keçirilib.
BP Azərbaycan şirkətinin ANAMA-ya ünvanladığı məktuba əsasən, Agentlik tərəfindən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Cənubi Qafqaz qaz və Bakı-Supsa neft boru kəmərlərinin Ağstafa rayonu ərazisində 5000 kv.m ərazinin partlamamış hərbi sursatlarla təmizlənməsi əməliyyatları başa çatıb. 2010-cu ilin iyun ayı ərzində PHS hadisəsi qeydə alınmayıb.

Oxşar yazılar

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21