Mikroavtobusla “VAZ 2107” toqquşdu: 2 ölü, 9 yaralı
Bakının Qaradağ rayonunda mikroavtobusla minik maşını toqquşması nəticəsində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Vaqif Məmmədovun idarə etdiyi “Ford” markalı mikroavtobusla Ələt qəsəbə sakini 19 yaşlı Anar Əzizovun idarə etdiyi “VAZ 2107” markalı maşınlar toqquşub.
Nəticədə “VAZ 2107” də olan 2 nəfər - sürücü və onun sərnişini 19 yaşlı Valeh Gərayov hadisə yerində ölüb.
“VAZ-2107”-nin sərnişinləri - 23 yaşlı Elgün Mustafayev, 18 yaşlı Əziz Əzizov, “Ford”un sürücüsü V. Məmmədov, sərnişinləri Kiçikxanım Bünyatova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Vüqar Baba

Oxşar yazılar

Qaxda keçmiş hərbçinin meyiti tapıldı
7 iyul 2025 , 17:20
Putinin bu gün işdən çıxardığı nazir İNTİHAR ETDİ
7 iyul 2025 , 17:02
"Beş Barmaq"da FACİƏ: Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ
7 iyul 2025 , 16:57
"Torqovı"da dərzi sexində müəmmalı ÖLÜM
7 iyul 2025 , 16:52
Bakıda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB
7 iyul 2025 , 15:45
200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər
7 iyul 2025 , 15:24
Almaniyada azərbaycanlı həkimin MEYİTİ TAPILDI
7 iyul 2025 , 14:22