Ticarət mərkəzindən 5 kiloqram qızıl oğurlayan şəxs 4 il həbs cəzası aldı
İyulun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ticarət mərkəzindən 5 kiloqram qızıl oğurlamaqda təqsirləndirilən Gəncə şəhər sakini Arzu Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Arzu Əhmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin fevralın 27-də Gəncə şəhəri Cavad xan küçəsində yerləşən "Karvan" MMC-nin mağazasından 399 adda ümumi çəkisi 5 kiloqramdan çox olan 100 min manat dəyərində qiymətləndirilən qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qızıl zinət əşyalarını oğurlayan "Karvan" MMC-nin icraçı direktorunun tanışı, 1973-cü il təvəllüdlü A.Əhmədov tutulub. İbtidai istintaqa və məhkəməyə ifadəsində A. Əhmədov hadisəni sərxoş vəziyyətdə törətdiyini və götürdüyü qızılları yaşadığı evin həyətində şüşə bankada basdırdığını bildirib.
Fərid Əkbərov
.

Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51