18 aylıq körpə itlə evləndirildi
Hindistanlı ailə bu addımı körpəni lənətlənməkdən xilas etmək üçün atdıqlarını bildiriblər
Hindistanda 18 aylıq oğlan uşağı dişi itlə evləndirilib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, valideynləri bu addımı körpəni lənətlənməkdən xilas etmək üçün atdıqlarını bildiriblər. Belə ki, valideynləri 18 aylıq Sangulanın normaldan bir diş çox çıxartmasından narahat olublar.
Ailənin üzv olduğu Orissa tayfasının inancına görə, bu, uşağın qaplanın hücumuna məruz qalması və parçalanmasına işarədir. Tayfanın qaydalarına əsasən, bu təhlükədən qorunmaq üçün həmin körpənin itlə evləndirilməsi şərtdir. Məbəddə keçirilən nikah mərasimində üzükləri it daşıyıb. Uşağın atası Sanrumula Munda gələcəkdə oğlunu bir qadınla evləndirəcəyini bəyan edib.

Oxşar yazılar

Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10