Hava limanında həyəcan : Çamadandan 37 canlı zəhərli ilan çıxdı
16 oktyabr 2026 21:25 (UTC +04:00)

Hava limanında həyəcan: Çamadandan 37 canlı zəhərli ilan çıxdı

0

 

Almaniyanın Köln-Bonn hava limanında Meksikadan gələn 45 yaşlı sərnişinin çamadanından 37 canlı zəhərli ilan və 55 kərtənkələ aşkarlanıb.

Lent.az xəbər verir ki, gömrük əməkdaşları sərnişinin şübhəli davranışına və ziddiyyətli ifadələrinə görə baqajını yoxlayıblar.

Onun əllərindən götürülən narkotik testində kokain izləri aşkarlandıqdan sonra çamadan ətraflı yoxlanılıb.

Nəticədə ilanların və kərtənkələlərin corabların, şampun və krem qablarının, eləcə də plastik qabların içərisində gizlədildiyi üzə çıxıb.

Sərnişin heyvanları braziliyalı tanışına kömək etmək məqsədilə gətirdiyini bildirib.

Ələ keçirilən sürünənlərdən sağ qalanların qayğısını Almaniyada fəaliyyət göstərən ilan təsərrüfatı öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar