Azərbaycanda ömrünün yarısını  həbsdə yatan ömürlük məhkum  öldü
16 oktyabr 2026 16:00 (UTC +04:00)

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

0

Azərbaycanda məhkum ölüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Burada cəza çəkən 68 yaşlı məhkum, Hənifəyev Səmədağa Şamil oğlu ölüb. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, Səmədağa Hənifəyev 1992-ci ildə ömürlük həbs cəzasına məhkum olunub. O, bir neçə il əvvəl Qobustan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində baş verən qətllə bağlı şahid qismində ifadə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar