Aİ-nin Yeni Kaledoniya ilə bağlı planına ETİRAZ
16 oktyabr 2026 17:29 (UTC +04:00)

Aİ-nin Yeni Kaledoniya ilə bağlı planına ETİRAZ

0

Kanak Krallıqları Alyansı və Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 16 oktyabr 2026-cı il tarixində ayrı-ayrılıqda yaydıqları bəyanatlarla Avropa Komissiyasının Rifah və Sənaye Strategiyası üzrə icraçı vitse-prezidenti Stefan Sejurnenin başçılıq etdiyi Avropa İttifaqı (Aİ) rəhbər heyətinin Yeni Kaledoniyaya səfəri çərçivəsində oktyabrın 20-də imzalanması planlaşdırılan nikel üzrə strateji tərəfdaşlıq sazişinə qarşı kəskin etirazlarını ifadə edib. 

Lent.az xəbər verir ki, Aİ-nin bu sazişi imzalamaqda məqsədi özünün yaşıl enerji keçidi və elektromobil batareyalarının istehsalı üçün böyük ehtiyac duyduğu nikel tədarükünü təmin etməkdir. Avropa bu sənədlə Yeni Kaledoniyanın zəngin nikel yataqlarına birbaşa çıxış zəmanəti almağı və strateji xammal asılılığını azaltmağı hədəfləyir. Lakin müqavilədə ada iqtisadiyyatının töhfə verəcək real addımlar, regionun ağır böhran keçirən nikel zavodlarının və təhlükədə olan iş yerlərinin xilası üçün heç bir mexanizm nəzərdə tutulmayıb. Sənəd Yeni Kaledoniyanı sadəcə ucuz xammal bazasına çevirməyi ehtiva edir.

Hər iki struktur bəyan etmişdir ki, nikel mədənlərinin yerləşdiyi torpaqların həqiqi sahibləri yerli Kanak qəbilələri, krallıqları və ölkə vətəndaşlarıdır. Yerli xalqın azad, əvvəlcədən və məlumatlandırılmış razılığı olmadan, şəffaflıq tam təmin edilmədən və yerli maraqlar nəzərə alınmadan Aİ-nin yerli hökumətlə imzalayacağı heç bir müqavilə qanuni sayıla bilməz, keçərli olmayacaqdır və müstəqilliyə doğru gedən bir xalqın hüquqlarını kobud şəkildə pozur.

Hər hansı rəsmi öhdəlik götürməzdən əvvəl nikel hasilatının insan hüquqlarına, sosial-iqtisadi sabitliyə və qəbilə torpaqlarına təsirini qiymətləndirən müstəqil hesabatın hazırlanması, müqavilə mətninin bütün əlavələri ilə birlikdə tamamilə ictimaiyyətə açılması və yerli adət-ənənə rəhbərləri ilə siyasi təmsilçilərə işçi qrupunda həlledici söz və səs hüququnun verilməsi tələb olunur.

Bakı Təşəbbüs Qrupu Kanak Krallıqları Alyansı və FLNKS-ın Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi üsullarla istismarına qarşı yönəlmiş rəsmi bəyanatlarını qətiyyətlə dəstəkləyir. Kanak xalqının iradəsinə, rəyinə və maraqlarına zidd olaraq, regionun mövcud iqtisadi və sosial çətinliklərindən sui-istifadə etməklə atılan hər bir birtərəfli addım müstəmləkəçi zehniyyətin növbəti təzahürüdür. Avropanın, xüsusilə də Fransanın özündən minlərlə kilometr uzaqlıqda yerləşən və okeanın o tayındakı yerli xalqların taleyinə, habelə onların öz təbii sərvətlərindən necə istifadə edəcəyinə qərar vermək hüququ yoxdur. Kanak xalqının öz resursları üzərindəki suverenliyi və hüquqları toxunulmazdır, bu sərvətlər yalnız və yalnız onların özünə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar