Terrorçu dəstənin azərbaycanlı başçısı İnterpol xəttilə axtarılır
Bu barədə APA-ya Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosundan məlumat verilib.
Məlumata görə, İnterpol xətti ilə axtarışa verilən şəxs 30 yaşlı Aqil Namazovdur. O, terrorçuluqda təqsirli bilinir. A.Namazovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayında zərərsizləşdirilib.
Gürcüstan Respublikasının ərazisindən Azərbaycana gömrük sərhədindən və gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları gətirərək terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya Federasiyasının vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviç ifşa olunaraq yaxalanıblar.
Həyata keçirilən araşdırmalar zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov Bakıda kütləvi terror hadisələri törətmək məqsədilə 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.
Qeyd edək ki, MTN tərəfindən həbs olunan dəstə üzvlərinin arasında A. Namazovun anası da var. Bakının Nizami rayonunda yerləşən 272 saylı məktəbin şagirdi olmuş A. Namazov qanunsuz silahlı birləşmədə iştiraka görə 2001-ci ildə həbs edilib. Həbsdən buraxılandan sonra isə A. Namazov Tiflisə köçərək orada yaşayıb. Vaxtaşırı Azərbaycana gələn A. Namazov özü ilə gətirdiyi silah-sursatı saxlamaq üçün anası - 272 saylı orta məktəbin biologiya müəllimi Xavər Namazovaya verib. X. Namazova isə çantada silah-sursat olduğunu biləndən sonra onu çalışdığı məktəbin yaxınlığında gizlədib. MTN terrorçu dəstəni deşifrə etdikdən sonra gizlədilən silah-sursat götürülərək maddi sübut kimi iş materiallarına əlavə edilib.
Onu da əlavə edək ki, A. Namazovun başçılıq etdiyi dəstənin həbs olunan üzvlərinin cinayət işinə hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə baxılır.

Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59