Gəncədə avtomobil qəzası: 1 yaralı
22 sentyabr 2010 17:07 (UTC +04:00)

Gəncədə avtomobil qəzası: 1 yaralı

Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, sentyabrın 21-də Gəncənin Şəddadilər küçəsi ilə General Əsədov küçəsinin kəsişməsində 1954-cü il təvəllüdlü Sultanov Fəxrəddin İbrahim oğlu idarə etdiyi «Mercedes» markalı, 20 CT 352 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada Hüzüryani Həmyil Cəlil qızını vurub. Piyada yaralanıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar