Faiq Ağayevi bıçaqlayanlardan biri tutuldu
27 sentyabr 2010 19:09 (UTC +04:00)

Faiq Ağayevi bıçaqlayanlardan biri tutuldu

Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, xalq artistinin bıçaqlanması faktı ilə əlaqədar iki nəfər saxlanılıb. Həmin şəxslərin ifadəsi əsasında hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xalq artistinə bıçaq zərbələri endirən şəxs, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rüfət Baba oğlu Məlikov saxlanılıb. İstintaq qrupu tərəfindən dindirilən R. Məlikov hadisəni aralarında yaranan mübahisə zəminində törətdiyini etiraf edib. Polis idarəsindən saxlanılan digər şəxslərin adları açıqlanmasa da, onların araşdırmalar başa çatandan sonra sərbəst buraxılacağı bildirilib. Həmin şəxslərin hadisədə günahı olmadığı vurğulanır.


Qeyd edək ki, məlum hadisə bu gün səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə qeydə alınıb. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub.


Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb.


Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, yaralılar xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub. Vəziyyətləri orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

19 iyun 2025 , 17:30
ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

19 iyun 2025 , 17:23
Nəcməddin Sadıkovun dindirilməsi istənildi  - “Şlyapa Zahid”in məhkəməsi

Nəcməddin Sadıkovun dindirilməsi istənildi - “Şlyapa Zahid”in məhkəməsi

19 iyun 2025 , 16:19
Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57