Dövlət sərhədimizi pozan üç Gürcüstan vətəndaşı tutulub
04 oktyabr 2010 15:59 (UTC +04:00)

Dövlət sərhədimizi pozan üç Gürcüstan vətəndaşı tutulub

0
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, hadisə oktyabrın 2-də saat 14.00 radələrində Şəmkir Sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Gürcüstan-Azərbaycan sərhədini pozaraq Azərbaycan ərazisinə keçmiş “Toyota-Prado SX” markalı, VKV 945 nömrəli avtomobildə olan 3 nəfər Gürcüstan vətəndaşı – 1967-ci il təvəllüdlü Kapilaşvili Georgi Levivyeviç, 1966-cı il təvəllüdlü Ketroşvili Qaxa Alekseyeviç və Georgiya Vaal Robertoviç saxlanılıb.

Faktla bağlı istintaq-təhqiqat tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar