Tikinti materialları satılan mağaza yandı
17 yanvar 2011 12:43 (UTC +04:00)

Tikinti materialları satılan mağaza yandı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kvadrat metr olan ikimərtəbəli mağaza yanıb.


Hadisə tikinti materiallarının satış mərkəzində baş verdiyindən yanğın zamanı xırda partlayışlar da müşahidə olunub.


Yanğın baş verən əraziyə gələn yanğınsöndürənlər alovu söndürməyə nail olsa da, ticarət mərkəzinə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar