Günün tarixi
21 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1775. Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib

1843. Fransız mühəndis, ilk avtomobillərdən birinin konstruktoru Emil Levassor anadan olub

1920. Parisdə Versal Sülh Konfransı başa çatıb

1923. Azərbaycan KP MK Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetini ləğv edib, Naxçıvan SSR isə Naxçıvan diyarına çevrilib.

1924. Sovet lideri Vladimir Lenin vəfat edib

1968. Göyərtəsində 4 hidrogen bombası olan amerikan hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayıb. Bombalardan bir indiyədək tapılmayıb

1976. Səsdənsürətli mülki təyyarə “Concorde”un kommersiya uçuşları başlayıb

1977. İtaliyada aborta rəsmi icazə verilib

1990. Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Yüksək vəzifəli şəxslər bu sessiyada iştirak etməyib və onu “qeyri-qanuni yığıncaq” adlandırıb. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb

1990. Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 Yanvar qırğınını barədə dünya ictimaiyyətinə məlumat verib

1992. Azərbaycan Respublikası İsveçrə və Lixtenşteyn ilə diplomatik əlaqə qurub

1998. Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə – Kubaya səfər edib

1999. Bəstəkar Süleyman Ələsgərov vəfat edib

2005. İrlandiyada uzunluq vahidi kimi “mil” əvəzinə “kilometr”dən istifadə edilməyə başlayıb

2006. Kosovo prezidenti İbrahim Ruqova vəfat edib

2008. Müğənni Lütfiyar İmanov vəfat edib.

Günün aforizmi:

“Bizim ümumittifaqdan nicatımız yoxdur”.
Heydər Əliyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar