Bakı sakini qayçı ilə ürəyindən vuruldu
22 yanvar 2011 10:22 (UTC +04:00)

Bakı sakini qayçı ilə ürəyindən vuruldu

0
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, olay Qara Qarayev prospekti 81 ünvanında qeydə alınıb.

Biləcəri qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədhüseynov Ayaz Faiq oğlu Zabrat qəsəbə sakini, 1980-ci ildə anadan olmuş Abbasov Asif Əli oğlunu öldürməyə cəhd edib. O, qayçı ilə özündən 4 yaş böyük oğlanın ürək nayihəsindən vurub.

Döş qəfəsinin sol tərəfindən ciddi xəsarət alan A.Abbasov “Azərsutikinti” xəstəxanasına çatdırılıb.

A.Məmmədhüseynov isə Çevik Polis Alayının 5-ci Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 659

Oxşar yazılar