Lənkəranda iki qardaş faciəsi: 7 uşaq yetim qaldı - TƏFƏRRÜAT
22 yanvar 2011 11:58 (UTC +04:00)

Lənkəranda iki qardaş faciəsi: 7 uşaq yetim qaldı - TƏFƏRRÜAT

0
Lənkəran rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Qasımov Rəfi Ağəli oğlu özünü öldürüb. O, yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Özünü öldürən R.Qasımov 3 gün əvvəl intihar etmiş 1966-cı il təvəllüdlü Qasımov Mirzəli Ağəli oğlunu doğma qardaşıdır.

M.Qasımov xərçəng xəstəliyindən əziyyət çəkirmiş və yaşadığı evdə özünü öldürmüşdü.

Qardaşının yoxluğuna döz bilməyən Rəfi isə ondan 3 gün sonra intihar etmək qərarına gəlib.

Məlumatda o da bildirilir ki, qardaşlar qonşuluqda yaşayıbmış. Mirzəlinin yas mərasimində kiçik qardaşı bir neçə dəfə özünü öldürəcəyini deyirmiş.

Qeyd edək ki, özünü öldürən M.Qasımovun 3, R.Qasımovun isə 4 uşağı qalıb.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1390

Oxşar yazılar