Bakıda dəhşətli partlayış: 1 ölü
22 yanvar 2011 12:51 (UTC +04:00)

Bakıda dəhşətli partlayış: 1 ölü

0
Yanvarın 21-də Bakıda ölümlə nəticələnən partlayış baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Sahil qəsəbəsində baş verib.

Avtomobil təmiri sexində 1980-ci il təvəllüdlü Osman Musayev "Kamaz" markalı avtomobilin qoşqusunda olan 30 tonluq çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayışdan dərhal sonra yanğın baş verib

Hadisə zamanı O.Musayev həlak olub.

İlkin ehtimala görə, hadisəyə qaynaq işləri apararkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.


Araşdırma aparılır


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar