2010-cu ildə inzibati xətalara görə 971 min 415 inzibati protokol tərtib edilib
22 yanvar 2011 14:12 (UTC +04:00)

2010-cu ildə inzibati xətalara görə 971 min 415 inzibati protokol tərtib edilib

0
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov bu keçirilən kollegiya iclasında məlumat verib. Nazir qeyd edib ki, tərtib edilən protokolların 874 minə yaxını yol hərəkəti, 33 minə qədəri yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması və s. ilə bağlı olub. Nəticədə 82 mindən çoxu yerində olmaqla, 923 min 305 nəfər cərimələnib, 2787 nəfər məhkəmələr tərəfindən həbs edilib, 18 min 682 şəxsə isə xəbərdarlıq edilib.

R. Usubov 2010-cu ildə Azərbaycanda avtomobillərin sayının 61 min ədəd artdığını bildirib. Nazir nəqliyyatın çoxalması ilə əlaqədar, həmçinin Bakı şəhərində baş verə biləcək digər cinayətləri tezliklə ifşa etmək məqsədi ilə paytaxtda 150 məntəqədə yeni rəqəmsal kameraların quraşdırıldığını, bununla da yerləşdirilmiş ümumi kameraların sayının 1100-dən çox olduğunu qeyd edib.

Azərbaycanda qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər həyata keçirildiyini qeyd edən R. Usubov aparılan tədbirlər nəticəsində ölkədə qeydiyyatsız yaşayan 2847 əcnəbinin ölkədən çıxarıldığını deyib.

Daha sonra isə kollegiyada Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Bakı şəhər Baş Polis İdarəsinin, Baş Dövlət Yol Polisi İdarəsinin, habelə digər idarə rəisləri 2010-cu ilin yekunları ilə bağlı hesabatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar