Günün tarixi
23 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1792. Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib

1849. Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşüb

1912. Haaqada “Beynəlxalq opium Konvensiyası” imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub

1920 Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edib: “Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq”. Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib

1922. Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb

1946. Rusiyalı oliqarx Boris Berezovski anadan olub

1950. Knesset (İsrail parlamenti) Tel-Əvivi İsrailin paytaxtı elan edib

1960. “Triest” batiskafı dünyanın ən dərin nöqtəsinə enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub

1978. Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib

1989. Rəssam Salvador Dali vəfat edib

1990. 41 il əvvəl Macarıstana girən Sovet Ordusu ölkəni tərk edib

1992. ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb

2005. Viktor Yuşenko Ukrayna prezidenti seçilib

Günün aforizmi

“İmansız elm boş cəfəngiyatdır”

Albert Eynşteyn
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar