Günün tarixi
24 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1732. Fransız dramaturq Pyer Bomarşe anadan olub

1909. Dirijor Əşrəf Həsənov anadan olub

1909. Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Jan Darkı müqəddəs elan edib

1924. Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb

1940. Rus Dram teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub

1945. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov həlak olub

1946. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) təsis edilib

1965. İngilis siyasi xadimi Uinston Çörçil vəfat edib

1978. SSRİ-nin nüvə reaktorlu kosmik raketi “Kosmos 954” okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi

1984. “Apple” şirkəti “siçan”la idarə olunan ilk kompüteri bazara çıxarıb

1993. Türk jurnalist Uğur Mumçu qətlə yetirilib

1990. Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib

1992. Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib

1992. Ankarada Azərbaycan ilə Türkiyə arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq haqqında Saziş imzalanıb

1992. Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib

1994. Türkiyənin ilk rabitə peyki “TÜRKSAT 1” orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeana düşüb

2003 Azərbaycan prezidenti “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” fərman verib

2007. Türkiyənin keçmiş xarici işlər naziri İsmayıl Cem vəfat edib

2009. Bolqarıstan prezidenti Georgi Parvanov Azərbaycana bir neçə saatlıq işgüzar səfərə gəlib. O, səfər zamanı Şəkiyə də baş çəkib

Günün aforizmi

“Sənə tapşırılmayan işi görməyə çalışma, çünki ondan xeyir görməzsən, öz işindən də geri qalarsan”.

Abbasqulu Ağa Bakıxanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 561

Oxşar yazılar