Sulutəpədə 60 yaşlı qadını boğub öldürdülər
24 yanvar 2011 10:17 (UTC +04:00)

Sulutəpədə 60 yaşlı qadını boğub öldürdülər

0
Yanvarın 23-dən 24-ə keçən gecə Abşeron rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 1951-ci il təvəllüdlü Sənubər Süleymanzadə evində öldürülüb.


60 yaşlı qadını boğaraq öldürüblər. Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar