“Mercedes”, “Kia” və avtobus toqquşdu: 2 ölü
26 yanvar 2011 10:27 (UTC +04:00)

“Mercedes”, “Kia” və avtobus toqquşdu: 2 ölü

0
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa - Buzovna yolunda Çiləgəri adı ilə tanınan ərazidə “Mercedes” markalı avtomobil “Kia” ilə toqquşub.

Hadisə həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin çıxışında baş verib. Daha sonra “Mercedes” yolda sürətlə hərəkət edən “Daevoo” markalı avtobusa çırpılıb. Bu zaman minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Niftəliyev Elçin Çingiz oğlu və onun sərnişini Muradov Coşqun Məhərrəm oğlu hadisə yerindəcə ölüblər.

Avtobusda isə çoxlu sayda sərnişin olsa da ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar