Bakıda ağac ata və oğlunun üstünə aşdı
26 yanvar 2011 16:30 (UTC +04:00)

Bakıda ağac ata və oğlunun üstünə aşdı

0
Bakının Nizami rayonunda faciəli hadisə baş verib.

Bu barədə APA-ya Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat, 15.00 radələrində, rayonun Bəhruz Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb. Yol kənarındakı iri gövdəli ağac ata ilə azyaşlı uşağın üstünə aşıb. Nəticədə, 43 yaşlı Elçin Əzizov hadisə yerində keçinib. Onun 4 yaşlı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar