Neftçala Polis Şöbəsində intihar
26 yanvar 2011 18:26 (UTC +04:00)

Neftçala Polis Şöbəsində intihar

0
Azərbaycanın Neftçala rayonunda təqsirləndirilən şəxs Polis Şöbəsində intihar edib. Neftçala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.45 radələrində qeydə alınıb.

Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan rayon sakini, 30 yaşlı Aydın Fazil oğlu Abbasov alt köynəyi ilə özünü asıb. A. Abbasov intihar etməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Ata, ana, özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimi günahı yoxdur”.

Polis Şöbəsindən həmçinin bildirilib ki, A. Abbasov Neftçala Rayon Prokurorluğunda başlanan cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb olunmaqla bir müddət əvvəl barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülübmüş.

A. Abbasov əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən qanunsuz istifadə etmə) maddələri ilə təqsirləndirilərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Neftçala Rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar