28 yaşlı oğlan müəmmalı şəkildə ölüb
27 yanvar 2011 10:17 (UTC +04:00)

28 yaşlı oğlan müəmmalı şəkildə ölüb

0
Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Qasımov Adil Sərhəd oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Çox keçmədən 28 yaşlı oğlan xəstəxanada keçinib.


Məlumatda bildirilir ki, A.Qasımovda dərmandan zəhərlənmə əlamətləri olub. Onun hansı şəraitdə dərman içməsi və ya intihar etməsi hələlik məlum deyil.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar