Bakıda 2 qadın dəm qazından ölüb
27 yanvar 2011 13:53 (UTC +04:00)

Bakıda 2 qadın dəm qazından ölüb

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Ceyran Zülfüyeva, Rüfanə Məmmədova, Vüsalə Cəfərova, Aygün Hüseynova, Müşgünaz Nadirova, Gülnar Baxışəliyeva, Xırdalan şəhər sakini Nigar Tağıyeva, Digah qəsəbə sakini Ağaxan Mehdiyev mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdirilib.


Yasamal rayonu Haqverdiyev küçəsində kirayədə yaşayan Salyan rayon sakini Səadət Mirzəyeva, Sabunçu qəsəbə sakini Əfsanə Qasımova isə mənzillərinin hamamında dəm qazından boğularaq ölüb.


Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar