Vətəndaşların 400 min dollarını mənimsəyən 2 dələduz tutulub
05 iyun 2009 12:45 (UTC +04:00)

Vətəndaşların 400 min dollarını mənimsəyən 2 dələduz tutulub

Onlardan biri qadındır


Daxili İşlər Nazirliyi ötən gün dələduzluq yolu ilə vətəndaşların 215 min dollarını mənimsəyən iki dələduzun tutulduğu barədə xəbər yayıb.


Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, həmin şəxslər ətrafında aparılan araşdırma nəticəsində onların başqa şəxslərin də külli miqdarda pulunu mənimsədikləri ortaya çıxıb.

Belə ki, Masallı RPŞ əməkdaşları tərəfindən dələduzluq etdiklərinə görə tutulmuş S.İsmayılovun və D.İmanovanın ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2008-ci il ərzində rayon sakinləri Nofəl Həmidovun, Şahin Məmmədovun, Raci Həsənovun, Elçin Bayramovun, Rais Teymurovun, Zamin Dadaşovun, Elçin Zeynalovun, Ağaxan Cəfərovun, Abdulla Abdullayevin, Namiq Bəndəliyevin, Bakı şəhər sakinləri Yusif Ağayevin, Cavad Əliyevin, Seyfəddin Ağayevin və Cəlilabad rayon sakini Əlisa Niftullayevin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 70.600, 15.000, 43.600, 16.000, 8.900, 11.000 dollar, 6.000 manat, 12.000, 12.500, 7.000, 23.000, 13.000, 34.000 və 14.500 dollar almaları müəyyənləşdirilib.


Qeyd edək ki, həmin şəxslər 2008-ci il ərzində rayon sakinləri Xaləddin Axundovun, Qədir Əhmədovun, Zahid Azayevin, Baba Xəlilovun, Xeyrulla Əhədovun, Mais Məmmədovun, Aydın Əsədovun, Şahhüseyn Hüseynovun, Hacıəli Hacıyevin, Cəlilabad rayon sakinləri Abdulla Əliyevin, Məhəmmədəli Abbasovun və Bakı şəhər sakini Elşən Rəhimovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 4.700, 7.200 manat, 17.000, 13.500, 30.000 dollar, 6.600, 15.600 manat, 31.800, 20.000, 12.000, 24.500 və 24.500 dollar alıblar.
# 594

Oxşar yazılar