Hacı Məmmədov Elçin Behbudova hədiyyə verib
05 iyun 2009 13:45 (UTC +04:00)

Hacı Məmmədov Elçin Behbudova hədiyyə verib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan bəzi təqsirləndirilənlərlə görüşüb.

E. Behbudov APA-ya bildirib ki, təcridxanada Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla, Nigeriya vətəndaşı Ulbu Mutil Alverqulla və radikal dini qruplaşma ilə əməkdaşlıqda ittiham olunan Zeynalov Eyyub Oqtay oğlu ilə görüşüb.

Hüquq müdafiəçisi deyib ki, H. Məmmədov görüş zamanı ona yağlı boya ilə çəkdiyi rəsmi hədiyyə edib: “Hacı Məmmədov saxlanma şəraitindən və sağlamlığından şikayət etməyib”.

Bakıda müğənniliklə məşğul olan və saxta təyyarə bileti hazırlamaqda təqsirli bilinərək tutulan Nigeriya vətəndaşı isə azad olunmasını istəyib.
# 516

Oxşar yazılar