Bakıda iki nəfər bıçaqlanıb
28 yanvar 2011 11:38 (UTC +04:00)

Bakıda iki nəfər bıçaqlanıb

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 23.00 radələrində Lökbatan qəsəbəsində əvvəllər məhkum olunmuş Eldar Mürsəlov mübahisə zəminində Emin Cavadovu bıçaqlayıb. Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları E.Cavadovu yaxalayıb.


Digər hadisə isə Maştağa qəsəbəsi Savalan Yeni yaşayış massivində qeydə alınıb.
Qəsəbə sakini Tarzan Mustayayev bıçaq xəsarətləri ilə evinin qarşısından 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirilib.


Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Salman Əliyev tutulub.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar