Bakıda “Kia” və “Opel” toqquşdu: 3 yaralı
28 yanvar 2011 12:57 (UTC +04:00)

Bakıda “Kia” və “Opel” toqquşdu: 3 yaralı

0
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 17.00 radələrində Bayıl qəsəbəsi ərazisində “Kia” və “Opel” markalı avtomobillər qəza törədib. Belə ki, paytaxt sakini Səidə Quliyevanın idarə etdiyi “Kia” ilə Kənan Dolxanovun sürdüyü “Opel” toqquşub. Nəticədə S.Quliyevanın sərnişini Püstə Musayeva, həmçinin Kənan Dolxanov və sərnişini Bəxtiyar Əliyev xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar