Asfaltbasan maşın fəhlənin üstündən keçdi
03 fevral 2011 15:52 (UTC +04:00)

Asfaltbasan maşın fəhlənin üstündən keçdi

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 347-ci kilometrliyində yol təmirində istifadə edilən asfaltbasan maşın həmin orada işləyən fəhlə 1950-ci il təvəllüdlü Əliyev Mətləb Usub oğlunun üstündən keçib. Fəhlə aldığı xəsarətdən Hadisə yerində ölüb.


Hadisə rayonun Zazalı kəndi ərazisində baş verib. Magistralın təmiri ilə məşğul olan işçilər arasında anlaşmazlıq bədbəxt hadisə ilə nəticələnib.


Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə araşdırma aparır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar