Ana və 7 yaşlı oğlu dəm qazından boğulub
07 fevral 2011 10:32 (UTC +04:00)

Ana və 7 yaşlı oğlu dəm qazından boğulub

0
Fevralın 6-dan 7-nə keçən gecə Bakıda faciəli hadisə baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Naximov küçəsi 61 ünvanında ana və oğlu dəm qazından boğularaq ölüb.


Belə ki, 1972-ci il təvəllüdlü Həşimova Gülşən Abusalam qızı və onun oğlu 2004-cü ildə anadan olmuş Həsənov Rəşid Abdulla oğlu hamamda yuyunarkən dəm qazından boğulublar. Yaxınları ana-balanın cəsədini saat 00.30 radələrində aşkarlayıblar.

Araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar