Masallıda partlayan binanın altından 1 nəfərin meyiti çıxarılıb
07 fevral 2011 17:09 (UTC +04:00)

Masallıda partlayan binanın altından 1 nəfərin meyiti çıxarılıb

0
Masallı Rayon Telekommunikasiya Qovşağının binasında baş verən partlayış nəticəsində dağıntılar altında qalanlardan biri - İbarət Quliyev saat 16.44 radələrində dağıntılar altından xilas edilib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, dağıntılar altında qalanlardan digəri - Kişvər Şahverdiyevanın isə meyiti çıxarılıb. İ. Quliyev ağır vəziyyətdə Masallı Regional Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına aparılıb.

Dağıntılar altında daha 1 nəfərin – Rövşən Əliyev adlı şəxsin qaldığı bildirilir. Axtarışlar davam etdirilir.

Məlumata görə, dağıntı binanın elektron ATS yerləşən hissəsində baş verib.

Baş verən partlayışla bağlı Masallı rayonunda telefon rabitəsi tamamilə kəsilib. Şəhər mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb.

Fövqəladə Hallar Nazirinin müavini Faiq Tağızadə hadisə yerinə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar