Bakıda tükürpədici olay
                                    
                                    0
                                
                                    0
                                
                                Fevralın 8-də Bakıda dəhşətli hadisə baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Çənlibel adlanan ərazidəki daş karxanasında olub.
Belə ki, “Gündüz SH” şirkətinə məxsus olan daş karxanasının maşinisti, Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Qurbanov Şamil Seyid oğlu daşkəsən texnikanın arasında qalıb. Hadisə nəticəsində 41 yaşlı Ş.Qurbanovun bədəni tikə-tikə olub. Həmin zaman yaxınlıqda xeyli işçi olsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 ( texniki təhlükəsizlik qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Nizam Rza