Oğul maşını aşırdı, anası öldü
12 fevral 2011 10:59 (UTC +04:00)

Oğul maşını aşırdı, anası öldü

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mingəçevir-Aran yolunun 8-ci kilometrliyində “Opel Astra” markalı “02 BX 734” dövlət nömrə nişanlı avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan 1963-cü il təvəllüdlü Ağdam rayon sakini Abbasova Təranə Valid qızı ölüb. Onun oğlu, avtomobili idarə edən 1984-cü il təvəllüdlü Abbasov Natiq İlham oğlu isə xəstəxanaya yerləşdirilib. Digər sərnişin isə yüngül xəsarətlər aldığından evə buraxılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar