Ağcabədidə ağır qəza: 1 ölü, 4 yaralı
18 fevral 2011 11:33 (UTC +04:00)

Ağcabədidə ağır qəza: 1 ölü, 4 yaralı

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ucar rayon Lək kənd sakini 1988-ci il təvəllüdlü Mirzəyev Orxan Oqtay oğlunun idarə etdiyi 90 DJ 387 dövlət nömrə nişanlı “Mercedes 190” markalı avtomobillə Ağcabədi şəhər sakini 1979-cu ildə anadan olmuş Axundov Sakit Həmid oğlunun sürdüyü 04 BA 576 nömrəli “QAZ 2400” markalı maşın toqquşub.


Hadisə Ağcabədi-Zərdab yolunun 15-ci kilometrliyində baş verib və nəticədə “Mercedes”dəki sərnişinlərdən biri, 1963-cü il təvəllüdlü Bakı sakini Ağayeva Aybəniz Bəhram qızı hadisə yerində keçinib.

Avtomobillərin sürücüləri və “Mercedes”dəki digər iki sərnişin: 1985-ci il təvəllüdlü Rəhimova Şəfəq Mirzə qızı və 1993-cü ildə anadan olmuş Rəhimova Tamara Qabil qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, “Merecedes”-də olan şəxslər yaxın qohumlardır.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar