Türkiyədə 11 dəfə ardıcıl zəlzələ qeydə alınıb
22 fevral 2011 18:10 (UTC +04:00)

Türkiyədə 11 dəfə ardıcıl zəlzələ qeydə alınıb

0
Lent.az-ın verdiyi məlumata görə, saat 08:36 radələrində baş verən 4,1 bal gücündə zəlzələnin ocağı Muşun Bulanık rayonu olub. Bundan sonra Bulanık rayonunda ardıcıl olaraq saat 09:47-də 2,8 bal, saat 10:14-də 3,7 bal, 11:08-də 4,4 bal, 11:11-də 4,5 bal və saat 11:16-da 4,3 bal gücündə zəlzələlər baş verib. Vilayətdə gün ərzində 11 yer sarsıntısı qeydə alınıb. Bu səbəbdən məktəblər tətil edilib.

Hadisə nəticəsində ölən olmasa da, yaşayış evlərinə və obyektlərə ciddi ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar