Bakıda dəhşətli zorlama - EKSKLÜZİV
23 fevral 2011 11:10 (UTC +04:00)

Bakıda dəhşətli zorlama - EKSKLÜZİV

0
Bakıda dəhşətli zorlanma faktı aşkarlanıb. Bakının Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü S.R. fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb.

Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib. Qızın həmin şəxsləri tanıyıb-tanımadığı dəqiq bilinmir.

Dəhşətli fakt qarşısında qalan qardaş bu barədə polisə məlumat verib.

Məlumatı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən də təsdiqləyiblər.

Faktla bağlı araşdırma başlanılıb, zəruri ekspertizalar təyin olunub

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2664

Oxşar yazılar