Mal-qara oğruları tutulub
23 fevral 2011 17:30 (UTC +04:00)

Mal-qara oğruları tutulub

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2010-cu ilin sentyabr-oktyabr ayları ərzində Tahir Həsənova məxsus 1 baş və Bayram Baxışova məxsus 2 baş inəkləri oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri Səbuhi Abdullayev və Firdovsi Atakişiyev tutulub.


S.Abdullayev və F.Atakişiyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, fevralın 2-də Xaçmaz rayon sakini Namiq Bağıyevə məxsus 5 baş inəyi və 1 baş qoyunu da oğurlamaları müəyyən edilib.

Əlavə araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar