Cəlilabadda sel əkin sahələrini basdı
0
0
APA-nın Cənub bürosunun məlumatına görə, Cəlilabad şəhərinin şimal hissəsində yeni salınmış yaşayış massivində vəziyyət daha pisdir. Belə ki, dağ çaylarında suyun səviyyəsinin qalxması nəticəsində dağ ətəyində tikilmiş yeni evləri, yolları və ticarət obyektlərini, eləcə də əkin sahələrini su basıb.
Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, texnikanın və canlı qüvvənin səyləri ilə hazırda sel sularının ərazidən çəkilməsi və rayondakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülür.