Qəbiristanlıqda silahlı insident
28 fevral 2011 10:20 (UTC +04:00)

Qəbiristanlıqda silahlı insident

0
Bakının Zığ qəsəbəsi yaxınlığındakı qəbiristanlıqda silahlı insident baş verib.


Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1962-ci il təvəllüdlü Şıxbalayev Xeybər “Makarov” tapançası ilə həmyerlisi Həsənov Şahmurad Həmid oğlunu vurub. Ş.Həsənov aldığı güllə yarasından oradaca keçinib. Onun meyitini qəbiristanlıqda gizlədən X.Şıxbalayev qaçıb.


Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən X.Şıxbalayev tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar