Bakıda 26 yaşlı oğlan naməlum şəkildə yoxa çıxıb
28 fevral 2011 11:02 (UTC +04:00)

Bakıda 26 yaşlı oğlan naməlum şəkildə yoxa çıxıb

0
Belə ki, “Sədərək” ticarət mərkəzində satıcı işləyən Şəki sakini, 1985-ci il təvəllüdlü Həmidov Hafiz Mahir oğlu naməlum şəkildə itkin düşüb. Onu axırıncı dəfə fevralın 16-da işlədiyi ticarət mərkəzində görüblər. Daha sonra isə H.Həmidovun işə gəlmədiyini görən yoldaşları onun yaxınlarına xəbər veriblər. Lakin bütün cəhdlərə baxmayaraq, 26 yaşlı gəncin harada olması müəyyənləşməyib və nəhayət fevralın 27-də bu barədə Qaradağ rayon Polis İdarəsinə müraciət olunub.

Hazırda ölkə ərazisində itkin düşmüş oğlanın axtarışları davam edir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar