Qusarda ikimərtəbəli ev yandı
28 fevral 2011 13:50 (UTC +04:00)

Qusarda ikimərtəbəli ev yandı

0
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Yanğın 63 yaşlı Maqsud Qədimova məxsus ikimərtəbəli fərdi yaşayış evinin qarajında başlayıb və qısa müddət ərzində evi alov bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.


Qusar Dövlət Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 250 kv.m olan mənzil 75 kv.m sahədə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar