Saxta pul kəsənlərə 9 illik həbs cəzası
28 fevral 2011 17:18 (UTC +04:00)

Saxta pul kəsənlərə 9 illik həbs cəzası

0
Lent.az-ın məlumatına görə hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda hər iki şəxs 9 illik həbsə məhkum edilib.


İttiham aktına əsasən, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Ceyhun Əliyev və Ağdam rayon sakini Xəyyam Abbasov 1200 ədəd 100 dollarlıq əskinası 36 min dollara satarkən yaxalanaraq istintaqa təhvil verilib. Onlar Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə (saxta pul hazırlama və satma) təqsirli biliniblər.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1095

Oxşar yazılar