8 yaşlı oğlanı zorlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçildi
07 mart 2011 12:30 (UTC +04:00)

8 yaşlı oğlanı zorlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçildi

0
Lent.az-a verilən məlumata görə, martın 4-də faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.3.3-cü maddəsi ilə (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar şəraitdə 14 yaşına çatmayan şəxs barəsində törədilmə) cinayət işi başlanılıb.


8 yaşlı oğlanı Balaxanı qəsəbəsindəki evinə aparan Hüseynov Babacan Əmirağa oğlu elə həmin gün şübhəli şəxs qismində saxlanılıb. Bu gün isə Sabunçu rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, martın 3-də Bakıda zorlama hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 2002-ci ildə anadan olmuş B.B. səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Valideynləri bu barədə günorta saatlarında polisə məlumat veriblər.
Elə həmin gün saat 20:00 radələrində B.B. metronun “Neftçilər” metrosu yaxınlığında tanımadığı bir nəfərə rast gəlib. Həmin şəxs isə Balaxanı qəsəbə sakini Hüseynov Babacan Əmirağa oğlu olub. B.Hüseynov 9 yaşı hələ tamam olmamış oğlanın kimsəsiz olduğunu öyrəndikdən sonra onu dilə tutub və Balaxanı qəsəbəsində yaşadığı mənzilə gətirib.

Burada isə B.Hüseynov B.B.-ya cinsi təcavüz edib. Çox keçmədən uşaq B.Hüseynovun evindən qaçıb və başına gələnlərlə bağlı qonşuya məlumat verib. Dərhal məsələ ilə bağlı müvafiq qurumlara və uşağın yaxınlarına məlumat verilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar